Özbəkistan Azərbaycana avtomobil ixracını bərpa edib

Avtoxəbər 30 May 2019 11:19 Oxunub 1146
Özbəkistan Azərbaycana avtomobil ixracını bərpa edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Birinci mərhələdə ölkəyə R3 və R4 modelləri gətiriləcək

"GM Uzbekistan" şirkəti Azərbaycana avtomobil satışını bərpa edib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, birinci mərhələdə ölkəyə R3 və R4 modelləri gətiriləcək, ardından model diapazonu genişləndiriləcək. Bu barədə şirkətin Mətbuat xidməti məlumat verib.

Şirkət daha əvvəl Ukrayna, Qırğız Respublikası, Belarus, Əfqanıstan, Tacikistan və Qazaxıstana avtomobil ixrac edib.

"GM Uzbekistan"da 2019-cu il ixrac potensialının inkişafı ili elan edildiyindən şirkət bu istiqamətdə fəaliyyətini genişləndirmək üçün aktiv iş görür.

Qeyd edək ki, "Ravon" brendi 2017-ci ilin noyabr ayında Azərbaycanda avtomobilqayırmanın inkişafı üçün yaradılan "Azərmaş" ASC-nin strateji tərəfdaşlarından biridir. Gələcəkdə Azərbaycanda "Ravon" markalı avtomobillərin yığımım təşkil edilməsi planlaşdırır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh