Ucarda kənd təsərrüfatı texnikası yarmarkası keçirilir - FOTO

Texnologiya 30 May 2019 12:02 Oxunub 1585
Ucarda kənd təsərrüfatı texnikası yarmarkası keçirilir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Növbəti belə yarmarka Quba rayonunda - 8-9 iyun tarixlərində keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi texnika yarmarkaları silsiləsindən növbəti yarmarka Ucarda baş tutub. Avtosfer.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, yarmarka Ucar rayonunun fermerlərini kənd təsərrüfatı texnikası təchizatçıları və maliyyə qurumları ilə tanış etmək, eləcə də texnika satışı şərtləri barədə məlumatlandırmaq məqsədi daşıyır.

Texnika yarmarkalarında 20-dən artıq təchizatçı ilə yanaşı, banklar, lizinq və sığorta şirkətləri öz məhsul və xidmətlərini təsərrüfat sahiblərinə və fermerlərə təqdim edirlər. “Fermerlər bizə mütəmadi olaraq, bu və ya digər texnikanı hansı təchizatçıdan ala biləcəkləri barədə suallar verir. Bir dövlət qurumu olaraq hər hansı təchizatçıya fermer və ya sahibkarı yönəltməyi liberal bazar qanunlarına zidd sayırıq. Ona görə də əminik ki, bu yarmarkalar fermerlərin özlərinin təchizatçıları tapmasına şərait yaradacaq”, - deyə Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev yarmarkaların təşkili səbəbini belə izah edib. O, həmçinin bildirib ki, kredit, sığorta və lizinq şirkətlərinin də yarmarkada iştirakı fermerlərə kənd təsərrüfatı texnikalarını özlərinə sərf edən şəkildə əldə etmək üsullarını öyrənməyə yardım göstərəcək.

Növbəti belə yarmarka Quba rayonunda - 8-9 iyun tarixlərində keçiriləcək.

Xatırladaq ki, 20 may -15 iyun 2019-cu il tarixlərində ölkənin 6 regionunda (Şəmkir, Bərdə, Şəki, Ucar, Quba, Masallı) keçirilməsi planlaşdırılan kənd təsərrüfatı texnikası yarmarkalarını AKİA təşkil edir.

Namiq

UCARDA KƏND TƏSƏRRÜFATI TEXNİKASI YARMARKASI KEÇİRİLİR

ŞƏRH YAZ
Ad

E-mail

Şərh