Avtomobil istehsalı rekord dərəcədə azalıb

Avtoxəbər 30 May 2019 12:55 Oxunub 1048
Avtomobil istehsalı rekord dərəcədə azalıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“AutiAnalysis” tədqiqat kompaniyasının proqnozuna görə

Aprel ayında Böyük Britaniyada avtomobil istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 44,5 faiz azalıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, buna avtomobil istehsalçılarının əvvəlcədən martın 28-nə planlaşdırılan Brexit prosesi səbəbindən istehsalatı dayandırması səbəb olub. Böyük Britaniyanın Avtomobil İstehsalçıları və Satıcıları Cəmiyyətinin məlumatına əsasən, ötən ay ölkədə 70,971 min avtomobil istehsal olunub, ötən ilin analoji dövründə isə bu göstərici 127,97 min ədəd təşkil etmişdi. Bu, on il öncə baş vermiş maliyyə böhranından sonrakı dövrdə rekord tənəzzüldür. Avtomobil sənayesi adətən yay aylarında fəaliyyətini dayandıraraq tətilə çıxır. Lakin bu dəfə “Jaguar Land Rover”, BMW və “Peugeot” kimi iri kompaniyalar tətilləri daha erkən vaxtlara keçiriblər. “AutiAnalysis” tədqiqat kompaniyasının proqnozuna görə, 2019-cu ilin yekununda Britaniyada avtomobil istehsalı təxminən 11 faiz azala bilər. Dünyanın ən böyük beşinci iqtisadiyyatına malik Böyük Britaniyanın ümumi istehsalat həcminin 9 faizi avtomobil sənayesinin payına düşür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh