"Ferrari" 1000 at qüvvəli modeli təqdim edib - FOTO
Avtodünya 30 May 2019 14:22 480 dəfə oxunub
"Ferrari" 1000 at qüvvəli modeli təqdim edib - FOTO
Ferrari SF90 Stradale modelinin çəkisi 1570 kiloqramdır

Ferrari şirkəti Scuderia Ferrari komandasının 90 illik yubileyinə həsr etdiyi SF90 Stradale kupesini təqdim edib.Yeni model Ferrari markasının ilk qoşulan hibridi və kapotunun altında V8 mühərriki olan ilk bayraqdar avtomobilidir. Bazada yerləşən biturbomühərrik Ferrari modellərindən tanış olan F154 aqreqatının təkmilləşdirilmiş variantıdır. Mühərrikin silindrlərinin diametri 86,5-dən 88 millimetrə, iş həcmi isə 3,9-dan 4,0-litrə qədər artırılmışdır. Bundan başqa, mühərrik 350 bar təzyiqinə malik olan birbaşa çiləmə sistemi, dəyişdirilmiş soyunma sistemi, və işlənmiş qazların təzyiqinin yenilənməsinin öncədən buraxılmasına cavabdeh olan klapanının elektron idarəetməsinə sahib olub. Nəticədə, mühərrikin hasılatı 720-dən 780 at qüvvəsinə, fırlanma anı isə, 770-dən 800 Nm-ə qədər artırılıb.

 

Əlavə olaraq, Ferrari SF90 Stradale üç elektrik mühərriki ilə təchiz edilir. Onlardan biri benzin mühərriki ilə ötürmələr qutusunun arasında, digər ikisi isə, ön təkərlərdə yerləşdirilib. Sonuncu mühərriklər müstəqil idarəetmə sisteminə malikdirlər ki, bu da dartma vektorunun dəyişdirilməsi sistemini tətbiq etməyə imkan verir.  Elektrik mühərriklərinin umumi hasılatı 220 at qüvvəsidir. Hibrid qurğunun gücü 1000 at qüvvəsi təşkil edir.

Güc aqreqatı səkkiz pilləli iki muftalı «robot» ilə tandemdə çalışır. Yeni gutu əvvəlkindən daha yığcam və yüngüldür. Bundan başqa, ötürmələrin həyata keçirilməsi müddəti 300-dən 200 millisaniyəyə qədər azaldılıb. Gözlənilməz xəbər isə gutunun arxa ötürməsinin olmamasıdır.  Artıq, geriyə hərəkət tamamilə elektrikləşib - bunun üçün benzin mühərriki söndürülür, yalnız öndəki elektrik mühərriklərindən istifadə edilir.

 

Superkar eDrive öndənçəkili ötürmə rejimində yalnız elektrik öterməsi il hərəkət edə bilər. Kupe elektrik ötürməsi ilə 135 km/saat həddinə qədər sürətlənir. 7,9 kilovat-saatlıq litium-ion akkumulyatoru oturacaqların arxasında yerləşdirilib və avtomobilin 25 kilometrlik yürüşünü təmin edir. 

Ferrari SF90 Stradale modelinin kuzovu və şassisi tamamilə yenidir, və karbonplastikdən hazırlanıb. Kuzovun əyilməyə qarşı sərtliyi 20%, burulmaya karşı isə 40% artırılıb. Mühəndislər əsas aqreqatları aşağıda yerləşdirməyə müvəffəq olublar.  Bu isə avtomobilin ağırlıq mərkəzini aşağı salıb. Superkarın kokpiti də 20 millimetr yerə yaxın olub.

 

Avtomobilin ön tərəfinin mərkəzində elektromühərrik və inventorların soyudulması üçün radiator yerləşdirilib. Yan tərəfdəki radiatorlar isə benzin mühərrikinin və ötürmələr qutusunun soyudulmasına  xidmət edirlər. Yığcam matrisa fənərlərinin altındakı hava kanalları isə  əyləclərin soyudulmasına cavabdehdirlər. Ferrari SF90 Stradale aktiv aerodinamikaya da malikdir. Hibrid shut-off Gurney çəpərciyi ilə təchiz edilibdir. Faktiki olaraq bu, arxa hava yönəldicisinin aşağı salınan bir hissəsidir. Bu hissə aşağı düşərək hava axının istiqamətini dəyişir.Bu sistem sayəsində 250 km/saat həddində yerəbasma gücü 390 kilqrama çatır.

Sırf elektrik rejimi ilə yanaşı hibrid superkar daha üç rejimə malikdir: Hybrid, Performance və ən ekstremal Qualify. Bu rejimlər hibrid və rekuperasiya sistemlərinin çalışma məntiqi ilə seçilirlər. eSSC adlı təkmilləşdirilmiş sürüşmə yadımçısı həm də elektrik mühərrikləri ilə işləyir. Əyləclərin idarə edilməsi də elektrondur: elektronika hidravlik mexanizmlər ilə rekuperasiya arasındakı işi özü bölüşdürür. 

Ferrari SF90 Stradale modelinin çəkisi 1570 kiloqramdır. Hibrid hissənin çəkisi isə 270 kiloqramdır. Superhibrid 100 km/saat həddini 2,5 saniyəyə, 200 km/saat həddini isə 6,7 saniyəyə toplayır. SF90 Stradale modelinin maksimal sürəti 340 km/saatdır. Bundan başqa, hibrid üçün Assetto Fiorano trek dəsti də hazırlanıb. Tərkibinə karbondan hazırlanmış qapı və aerodinamik elementlər, titandan yaylar və buraxılış sistemi, başqa amortizatorlar və Michelin Pilot Sport Cup 2 təkərləri daxil olan dəst 30 kilogram çəkiyə qənaət etməyə imkan verir.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh