ABŞ “görünməz” bombardmançılar yaradır

Texnologiya 30 May 2019 16:45 Oxunub 1689
ABŞ “görünməz” bombardmançılar yaradır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
B-21-lərin 2025-ci ildə silahlanmaya qəbul edilməsi gözlənilir

ABŞ hərbçiləri "qara proqram” çərçivəsində müasir LSRO nüvə raketləri daşımaq iqtidarında olan B-21 bombardmançı təyyarələrini yaradır. Avtosfer.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Varrior Maven” nəşri yazıb. Məlumata görə, hazırda LSRO qanadlı raketləri də formalaşdırılma mərhələsindədir. Sözügedən raketlər B-21-lərlə yanaşı, artıq ABŞ Hərbi Hava Qüvvələrinin istismarında olan B-52 bombardmançı təyyarələrinə də uyğun olacaq. Hazırda ABŞ ordusu B-21 təyyarələrinin ayrı-ayrı komponentlərini sınaqdan keçirir. Təyyarənin analoqu olmayan gizlilik sistemi ilə təchiz olunacağı bildirilir. Belə ki, təyyarənin tüstüsünü maksimal şəkildə görünməz etmək üçün müvafiq qurğular yeni bombardmançının damında yerləşdiriləcək. B-21-lərin 2025-ci ildə silahlanmaya qəbul edilməsi gözlənilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh