Türkiyə vətəndaşı Azərbaycandakı türk şirkətindən şikayətçidir - FOTO - VİDEO

Xəbərlər 31 May 2019 12:58 Oxunub 1862
Türkiyə vətəndaşı Azərbaycandakı türk şirkətindən şikayətçidir - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Pulumu və haqqımı yeyiblər

Türkiyə vətəndaşı Sumqayıt şəhərində fəaliyyət göstərən “Üstay” şirkətini maaşını mənimsəməkdə və haqqını tapdalamaqda ittiham edir. Türkiyə vətəndaşı, Mehmet Çalışır 1 ilə yaxın işlədiyi “Üstay” şirkətindən şikayətçidir. Belə ki, o, türk şirkəti olan “Üstay”ın rəhbər işçiləri tərəfindən əmək hüquqlarının tapdalanmasını və onlar tərəfindən ona çatacaq əməkhaqqının mənimsənilməsini bildirir.

15 ildir Azərbaycanda yaşayan Mehmet Çalışır azərbaycanlı xanımla evlidir və 3 qız övladı var. Hal-hazırda Kotec qəsəbəsində kirayədə yaşayır, işsizdir.

Mehmet Çalışırın dediyinə görə onu «Üstay Yapı Taahhüt və Ticarət Anonim» şirkətinin Azərbaycanda, Sumqayıt şəhərində fəaliyyət göstərən şirkətinə işə Şevqet Yıldız adlı soydaşı dəvət edib.

“Məni «Üstay”ya dəvət edəndə vəd verdi ki,”sən minimum 1500-2000 manat arası maaş alacaqsan. Amma sonradan aydın oldu ki, məni aldadıblar.”

İlk vaxtlar 700,s on iki ayda isə cəmi 800 manat maaş verilib ki, onun da 500 manatı Paşa Bank tərəfindən verilmiş karta, 300 manatı isə nağd şəkildə ödənilib.

“Mənim həyat yoldaşım ağır şəkər xəstəsi olduğundan (hər gün insulin vurur) üstəlik bir böyrəyi “otkaz” etdiyindən, mənə verilən maaş onun müalicəsinə çəkilən və ailənin xərclərini ödəməyə çatmırdı. Halbuki Tükiyə qanunları ilə mən işçi kimi “vizion” qrupunda olduğumdan 1600 yevrodan aşağı maaş ala bilməzdim.Yəni «Üstay” şirkətinin Sumqayıtdakı layihə rəhbərliyi bunu bildikləri halda mənim haqqımı yeyiblər və hüquqlarımı tapdalayıblar, mənə qarşı qeyri-insani və qanunsuz davranıblar. Bununla onlar Azərbaycanda olan Əmək Məcəlləsinin də qanunlarını kobud şəkildə pozublar”.

Bununla əlaqədar şikayətçi «Üstay”ın Sumqayıtdakı layihə rəhbəri Musa Kırıcıya, Türkiyənin Azərbaycandakı səfirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə də şikayət edib. “Türkiyə səfirliyindən mənə bildirdilər ki, onlar müdaxilə edə bilməzlər və mən yerli məhkəməyə müraciət edə bilərəm. Amma 800 manat maaş alan və bu qədər sıxıntısı olan böyük bir şirkəti məhkəməyə verib udmaq halındadırmı?! Əmək Müfəttişliyində mənin şikayətimin haqlı olmasını təsdiqlədilər və soruşdular ki, niyə ən azı 1600 yevro almalı olduğum halda mənə 700-800 manat maaş veriblər?! Amma orada da bildirdilər ki, biz heç nə edə bilmərik, müdaxilə edə bilmərik. Mənə qarşı edilən bu haqsızlıqlarla mən barışmıram şirkətindən mənim haqqımı –mənə verilməyən 17 min yevromu tələb edirəm. Onlar mənim haqqımı mənimsəyiblər. Türkiyə və Azərbaycan dövlətindən xahiş edirəm mənim haqlarımı təmin edilməsində yardımçı olsunlar”.

Qeyd edək ki, “Üstay” şirkəti, Technip FMC tərəfindən götürülən, "Azərikimya” İB-nin Etilen-polietilen zavodu üçün "EP-300” layihəsi çərçivəsində görüləcək tikinti işlərinin tenderini qazanıb və “SOCAR Polymer” in müxtəlif sifarişlərini müqavilə əsasında yerinə yetirib, o cümlədən boru xətti çəkmək və onları boyamaq işlərini icra edib. Bu layihənin rəhbəri Musa Kırıcıdır.

Mehmet Çalışır şikayətini video şəklində yayıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh