Azərbaycanda polis zabiti oğurluq maşın sürür? - FOTO

Xəbərlər 31 May 2019 13:13 Oxunub 6303
Azərbaycanda polis zabiti oğurluq maşın sürür? - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vətəndaş DİN rəhbərliyinə müraciət etdi

Siyəzən şəhəri, Vidadi küçəsi ev 45 ünvanında yaşayan, Qarabağ qazisi, təqaüddə olan keçmiş polis əməkdaşı Qalib Zeynalov Avtosfer.az-a şikayət məktubu ünvanlayıb. Vətəndaş deyir ki, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru Mirzəcan Səfər oğlu Məmmədov vəzifəsindən sui-istifadə etməklə Rusiya Federasiyasının dövlət qeydiyyatında olan "VAZ 2121" (Niva) markalı minik maşınını uzun illərdir qanunsuz olaraq idarə edir. “3 aya yaxındır ki, yazıb göndərdiyim çoxsaylı şikayət ərizələrim kimlər tərəfindənsə və nəyin xatirinəsə rəhbərlikdən gizlədilrək indiyə kimi də obyektiv baxılmadan tədbirsiz və nəticəsiz qalıb. Siyəzən rayon Polis Şöbəsi tərəfindən mənə verilmiş 11 aprel 2019-cu il tarixli, 23449/271219 nömrəli cavab məktubundan görünür ki, qeyd etdiyim şəxs avtomobili Rusiya qeydiyyat nişan nömrəsi ilə qanunsuz idarə etməsini təsdiq edib.

Vətəndaş bu məsələnin araşdırılmasını DİN rəhbərliyindən xahiş edir.

Fotoları təqdim edirik:

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh