Sumqayıtda sərnişin avtobusu qəfildən YANDI - FOTO
Avtoxəbər 2 Iyun 2019 21:14 818 dəfə oxunub
Sumqayıtda sərnişin avtobusu qəfildən YANDI - FOTO
Hadisə zamanı xəsarət alan olmayıb

Bu gün Sumqayıtda marşrut avtobusunda yanğın olub.

Avtosfer.az ONA-ya istinadən xəbər verir ki, şəhərin Heydər Əliyev prospekti ilə 7 nömrəli marşrut xətti ilə hərəkət edən avtobus qəfildən alışmağa başlayıb. Sürücü avtobusu saxlamağa müvəffəq olub və nəqliyyat vasitəsində olan sərnişinlər dərhal düşürülüb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və yanğının avtobusun digər hissələrinə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh