Taxoqrafla təchiz edilməli olan avtomobillərin kateqoriyaları açıqlanıb - YENİLİK
Qaydalar 3 Iyun 2019 11:29 198 dəfə oxunub
Taxoqrafla təchiz edilməli olan avtomobillərin kateqoriyaları açıqlanıb - YENİLİK
Nazirlər Kabineti bu haqda qayda təsdiq edib

Nazirlər Kabineti “Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqraflarla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət Qaydası”nı təsdiq edib. Avtosfer.az-ın məlumatına görə, bu Qayda beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını həyata keçirən avtonəqliyyat vasitələri sürücülərinin iş və istirahət rejimini, taxoqraflardan istifadə qaydalarını, bununla bağlı avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını təşkil edən hüquqi və fiziki şəxslərin, yerinə yetirən sürücülərin hüquqlarını, vəzifələrini və məsuliyyətini, rəqəmsal taxoqraf kartlarına dair sistemin təşkilati-hüquqi əsaslarını, taxoqrafların quraşdırılması, yoxlanılması, təmiri, sınağı, kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işləri yerinə yetirən xidmət mərkəzlərinə (servis emalatxanalarına) dair tələbləri və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydalarını, həmçinin Azərbaycan ərazisində taxoqraflarla təchiz olunmuş beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını həyata keçirən xarici və yerli daşıyıcılara məxsus olan  avtonəqliyyat vasitələrinin sürücülərinin iş və istirahət rejiminə riayət etmələrinə Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının əməkdaşları tərəfindən nəzarətin həyata keçirilməsinin əsaslarını müəyyən edir.

Azərbaycanda taxoqraf kartlarına dair milli sistemin fəaliyyətinin təmin olunması Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilir.

Ümumi istifadədə olan avtonəqliyyat vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə nəzarətin təşkili məqsədilə aşağıdakı kateqoriyalara aid sərnişin və yük avtonəqliyyat vasitələri tipi təsdiq edilərək ölçmə vasitələrinin dövlət reyestrinə daxil edilmiş və yoxlamadan keçirilmiş taxoqrafla təchiz olunur:

- sərnişin daşınması üçün nəzərdə tutulan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olan, maksimum kütləsi 5 tondan artıq olmayan avtobuslar (M2 kateqoriyası);

- sərnişin daşınması üçün nəzərdə tutulan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olan, maksimum kütləsi 5 tondan artıq olan avtobuslar (M3 kateqoriyası);

-  yük daşımaları üçün nəzərdə tutulan, maksimum kütləsi 3,5 tondan artıq olan, lakin 12 tondan artıq olmayan avtonəqliyyat vasitələri (N2 kateqoriyası);

- yük daşımaları üçün nəzərdə tutulan, maksimum kütləsi 12 tondan artıq olan avtonəqliyyat vasitələri (N3 kateqoriyası).

Aşağıda göstərilən avtonəqliyyat vasitələrinin taxoqrafla təchiz edilməsi tələb olunmur:

- şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələri;

- daşıma məsafəsi 50 km-dən çox olmayan şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələri;

- icazə verilən maksimum sürəti 40 km/saatdan çox olmayan avtonəqliyyat vasitələri;

- taksi minik avtomobilləri.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh