Motosiklet avtomobilə çırpıldı: sürücüsü və qadın havada uçdu – VİDEO (+18)

Avtosfer TV 3 İyun 2019 18:25 Oxunub 1596
Motosiklet avtomobilə çırpıldı: sürücüsü və qadın havada uçdu – VİDEO (+18)
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisədə 25 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə qolu və ayağı sınıb

Rusiyanın Moskva ətrafı Lobne qəsəbəsində motosikletin avtomobillə toqquşmasın nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Avtosfer.az “RenTV”yə istinadən xəbər verir ki, insident iyunun 1-i baş verib. Toqquşma anı təhlükəsizlik kamerasına düşüb. Görüntülərdə, “Mitsubishi-Lancer” markalı avtomobilin sürücüsü sola manevr etdiyi və əsas yoldan sürətlə hərəkətdə olan motosikletin ona çırpıldığı görülür. Toqquşmanın şiddətindən motosikletin sürücüsü və qadın sərnişini havada uçaraq asfalta çırpılıblar.

Hadisədə 25 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə qolu və ayağı sınıb.

Qəzanın günahkarı iddia edir ki, motosikletli ona anidən yaxınlaşıb. Bildirilir ki, motosikletli saatda 120 kilometr sürətlə hərəkətdə olub.

Araşdırmalar aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh