41 minə aldığı maşın gözünün qabağında od tutub yandı - FOTO

Avtosfer Foto 3 İyun 2019 14:44 Oxunub 2633
41 minə aldığı maşın gözünün qabağında od tutub yandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanğınsöndürən briqadaları gələn qədər sürücü avtomobilinin yanmasını göz yaşları içində izləyib

Türkiyənin Adıyaman vilayətində avtosalondan yeni aldığı avtomobil hərəkətdə olan zaman yanıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident Adiyaman-Çelikhan magistral yolunun 15-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, Şəfəq Duymuş Qaziantepdə Ramazan Bayramı münasibəti ilə avtosalondan 41 min lirəyə 27 BJT 89 qeydiyyat dövlət nişanlı avtomobil alıb. Bundan sonra yaşadığı Malatya istiqamətinə doğru hərəkətdə olan vaxt maşının qabağa hissəsi anidən yanmağa başlayıb.

Sürücü avtomobildə olan yanğınsöndürən balonları ilə alova müdaxilə etmək istəyib.

Lakin, yanğınsöndürən balonlar işləməyib. Duymuş dərhal Yanğından Mühafizə briqadalarına zəng vurub. Yanğınsöndürən briqadaları gələn qədər Şəfəq Duymuş avtomobilinin yanmasını göz yaşları içində izləyib.

Hadisə yerinə gələn briqadalar müdaxilə edərək yanğını söndürüblər. Amma avtomobil yarasız vəziyyətə düşüb.

Baş verən qəza ilə bağlı araşdırmalara başlanılıb.

Namiq

Bayram için aldığı otomobil memleket yolunda küle döndü

ŞƏRH YAZ
Ad

E-mail

Şərh