Kataloniyada Barselona yürüşünü saxlamağa çağırırlar

Yarışma 4 İyun 2019 07:36 Oxunub 1534
Kataloniyada Barselona yürüşünü saxlamağa çağırırlar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Söhbət ildə təxminən 20 milyon avro vəsaitdən gedir

Kataloniyanın Kral Avtomobil Klubu (RACC) bəyanatla çıxış edib. Bəyanatda 1991-ci ildən başlayaraq Barselona avtodromunda keçirilən Formula 1 çempionatının İspaniya Qran-Prisini xilas etməyə çağırırlar. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, dərc olunmuş bəyanatda deyilir: "RACC müxtəlif səviyyəli administratorları və dünya biznes-birliyini Formula 1 ilə müqavilənin müddətinin uzadılmasına, bu yolla ölkəmizdə mühüm idman hadisələrindən birinin qorunub saxlanmasına nail olmaq üçün razılığa gəlməyə və birgə fəaliyyət göstərməyə çağırır". Klub hesab edir ki, Qran-Prinin Kataloniyada keçirilməsi üçün müqavilənin müddətinin uzadılması həm iqtisadi, həm də idman sahəsində strateji addım olacaq. Bu səbəbdən də daha yaxşı həll yolunu tapmaq vacibdir. Qran-Prinin keçirilməsi xidmətlər, turizm, nəqliyyat və asudə vaxtın təşkili sahələrinin inkişafına müsbət iqtisadi təsir göstərir. Təqribi hesablamalara görə 163 milyon avro iqtisadi mənfəət əldə ediləcək və 2700-ə yaxın yeni iş yeri yaradılacaq. Bu, Kataloniyanın ən mühüm idman qurğusu olan avtodrom üçün də həyati əhəmiyyətli məsələdir. Bundan başqa, bu yaxınlarda keçirilən Formula 1 yürüşündə KİV-lərin 900-dən çox nümayəndəsi işləyib ki, bu da ölkəmizin dünya mətbuatında maksimal şəkildə işıqlandırılmasını təmin edir və onun müsbət imicinin dəstəklənməsinə yardım edir. 1969-cu ildə Montjuik parkında keçirilən Qran-Pridən başlayaraq, 50 ildən artıqdır ki, Formula 1 yürüşlərinin təşkili ilə məşğul olan RACC Kataloniya hökumətini, İspaniya hökumətini, başqa səviyyəli administrasiyalarını, həmçinin dünya biznes-birliyini "Circuit de Barcelona-Catalunya"ya Formula 1 yarışlarını növbəti illərdə də keçirmək imkanı verən razılaşmaya nail olmaq naminə əməkdaşlığa, konsensusa və həmrəyliyə səsləyir.

Madridin "Marca" idman qəzeti yazır ki, Formula 1-in icraçı direktoru Çeyz Keri ilə danışıqlar davam edir. Lakin yürüşün keçirilməsinin maliyyələşdirilməsi məsələsini həll etmək vacibdir. Söhbət ildə təxminən 20 milyon avro vəsaitdən gedir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh