Yük maşını avtomobilə çırpıldı: yatan sürücü yanaraq öldü - FOTO

Avtosfer Foto 4 İyun 2019 10:43 Oxunub 1572
Yük maşını avtomobilə çırpıldı: yatan sürücü yanaraq öldü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb

Türkiyədə yük maşınının minik avtomobilinə çırpılması nəticəsində hər iki nəqliyyat vasitəsi yanıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident Bursa-İstanbul magistralında qeydə alınıb. Məlumata görə, 34 UD 8178 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Bursa avtomagistralında təhlükəsizlik zolağına keçərək nəqliyyat vasitəsində yatmağa başlayıb. Bu arada qarpız yüklü yük maşını, sürücüsünün içində yatdığı park edilmiş avtomobilə çırpılıb. Qəzanın şiddətindən hər iki maşın alovlanıb.

Yük maşının sürücüsü özünü yanan maşından kənara atıb. Avtomobildə yatan sürücü isə hadisə yerində yanaraq ölüb. Ətrafda olan insanların xəbər verməsi ilə qəza yerinə yanğınsöndürən, səhiyyə və polis briqadaları gəlib. Yanğın qısa müddət ərzində söndürülüb.

Xəsarət alan yük maşının sürücüsü xəstəxanaya yerləşdirilib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh