Şamaxıda iki qardaşın öldüyü qəzanın başvermə videosu yayıldı - "Protiv"...

Avtosfer TV 4 İyun 2019 13:56 Oxunub 6753
Şamaxıda iki qardaşın öldüyü qəzanın başvermə videosu yayıldı - "Protiv"...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Niva" sola dönərkən qarşıdan gələn "Shacman"ın yoluna çıxıb

Xəbər verdiyimiz kimi, ötən həftə Şamaxı şəhərində dəhşətli qəzada 2 qardaş həlak olub. Avtosfer.az xəbər verir ki, Şamaxı şəhərində "Shacman" markalı yük avtomobilinə çırpılan "Niva"da ölən 1989-cu il təvəllüdlü İsmayılov Rasim Vahid oğlu və qardaşı 1987-ci il təvəllüdlü İsmayılov Ramil dünən dəfn edilib. Onlar rayonda fermer təsərrüfatını idarə edirmiş. İyunun 1-də yaşadıqları evə gedərkən məhəlləyə dönəndə maşının yük avtomobilinin altında qalması nəticəsində vəfat ediblər.  Vəfat edən qardaşların ikisi də ailəli olub.

Bu gün həmin hadisənin başvermə anını əks etdirən video yayılıb. Videodan da aydın görünür ki, "Niva" markalı avtomobil sola dönərkən qarşıdan gələn "Shacman"ın yoluna çıxıb. Yük maşını onu tən ortadan vuraraq bir neçə metr sürüyüb. "Niva" sola dönərkən eyni vaxtda daha bir yük maşını "Shacman"ın gəldiyi istiqamətdən gələrək sola dönür. Görünür, həmin yük maşını dönərkən "Niva" sürücüsü "Shacman"ın yaxınlaşdığını görə bilmir və dönmə əməliyyatı aparan zaman dəhşətli hadisə baş verir.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh