MotoGP İtaliya Qran-Prisində Petruççi kəskin mübarizədə qalib gəlib

Yarışma 4 İyun 2019 18:17 Oxunub 1967
MotoGP İtaliya Qran-Prisində Petruççi kəskin mübarizədə qalib gəlib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Finiş xəttinə ikinci çatan Markes olub

Mucello beynəlxalq avtodromunda MotoGP İtaliya Qran-Prisi dünya çempionatının altıncı mərhələsi başa çatıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, gərgin mübarizə şəraitində keçən yürüşdə Danilo Petruççi qalib gəlib. Hazırkı dünya çempionu Mark Markes və Andrea Dovitsiozo ilə birlikdə Petruççi demək olar ki, finişə qədər “dabanbasdı” mübarizə aparıb. Markes və Dovitsiozo az qala toqquşacaqdı. Sonuncu döngəyə qədər ispan pilot Petruççiyə təzyiq göstərməkdə davam edirdi, lakin Danilo birinci yeri tutmağa nail olub. Finiş xəttinə ikinci çatan Markes olub. Andrea Dovitsiozo isə ilk üçlüyü qapayıb. Valentino Rossi finiş xəttinə çata bilməyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh