Sərxoş sürücünün pikapla törədiyi dəhşətli qəzanın görüntüləri – FOTO + VİDEO

Avtosfer TV 5 İyun 2019 19:14 Oxunub 4268
Sərxoş sürücünün pikapla törədiyi dəhşətli qəzanın görüntüləri – FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzada 1 nəfər ölüb, 1 nəfər isə ağır xəsarətlər alıb

ABŞ-ın Kaliforniya ştatında sərxoş sürücünün pikapla törədiyi dəhşətli qəzanın görüntüləri təhlükəsizlik kamerasına düşüb.

Qəzanın kadrları ölən və xəsarət alan şəxslərin yaxınları tərəfindən “facebook”, “twitter” sosial şəbəkələrində yayımlanıb.

Görüntülərdə sərxoş sürücünün avtomobillə magistral yolda digər maşınların arasından sürətlə keçdiyi görülür. Bir anda idarəetməni itirən pikapın sürücüsü yüksək sürətlə avtomobilə çırpılır.

Qəzada xəsarət alanlardan birinin bacısı, “Facebook” hesabından bu sözləri yazaraq paylaşım edib: “Bu gün Kaliforniyada sərxoş sürücü bir neçə maşına çırpılıb, bir qadını öldürüb və birini də yaralayıb. Qardaşım ağır vəziyyətdədir. Onun qabırğaları, ayağı və onurğa sütunu sınıb...

Bu gün qəzada ailə üzvünü itirən insanlara baş sağlığı verirəm. Mən qəzada qardaşıma və başqa xəsarət alanlara dua etməyə davam edəcəyəm”.

Avtosfer.az “Life.ru”ya istinadən həmin videonu təqdim edir:

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh