Hidrogen yanacağı ilə işləyən qatarların istifadəyə verilməsi planlaşdırılır

Texnologiya 6 İyun 2019 19:26 Oxunub 1488
Hidrogen yanacağı ilə işləyən qatarların istifadəyə verilməsi planlaşdırılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qatarlardakı bütün çənlər dolu olduğu halda onun təqribən 140 kilometr məsafəni qət etməsi mümkündür

Yaponiyanın “JR Higashi Nihon” dəmir yolu şirkətinin nümayəndələri bildiriblər ki, şirkət 2020-ci ilin ortalarından başalayaraq ekoloji cəhətdən təmiz, hidrogen yanacağı elementindən istifadə edən qatarlardan istifadəni planlaşdırır. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, şirkət hidrogen yığılan çənlərin vaqonların damında və döşəmənin altında yerləşdirilməsini nəzərdə tutan layihə üzərində işləyir. Həmin qatarlarda elektrik enerjisi çənlərdəki hidrogenin atmosferdəki oksigenlə kimyəvi reaksiyası zamanı ələdə ediləcək. Şirkətin nümayəndələrinin hesablamalarına görə, qatarlardakı bütün çənlər dolu olduğu halda onun təqribən 140 kilometr məsafəni qət etməsi mümkündür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh