Bayramdan qayıdan avtobus yol nişanına çırpıldı: 17 ölü - FOTO
Qəzalar 7 Iyun 2019 08:17 2908 dəfə oxunub
Bayramdan qayıdan avtobus yol nişanına çırpıldı: 17 ölü - FOTO
Ölənlər arasında müxtəlif ölkələrin vətəndaşları olub

Dubayda reys avtobusunun qəzaya uğraması nəticəsində 17 nəfər həlak olub. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dubay polisinin “Twitter” səhifəsindən yayımladığı məlumatda deyilir.

Məlumata görə, iyunun 6-sı “Oman Mwasalat” milli nəqliyyat şirkətinə məxsus avtobus Dubayda “Sheikh Mohammed Bin Zayed Road” magistralına keçid edərkən yol nişanına çırpılıb.

Ölənlər arasında müxtəlif ölkələrin vətəndaşları olub, onlardan bir çoxu orucluq bayramından Omandan Dubaya qayıdırmış.

Qeyd edilir ki, içində 31 nəfərin olduğu sərnişin avtobusu Maskat-Dubaya reysi yerinə yetirib.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh