Zolağı səhv salıblar, yoxsa “protiv” gedirlər? - VİDEO

Avtosfer TV 7 İyun 2019 10:20 Oxunub 1278
Zolağı səhv salıblar, yoxsa “protiv” gedirlər? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
300 manat və 12 bal cərimə var

Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində (“Ayxan” marketin yanı) 1.3 nişanının tələbləri pozaraq əks istiqamətdə hərəkət edən sürücülər kameraya düşüb. Avtosfer.az xəbər verir ki, adətən həmin ərazidə həmişə tıxac olur. Məhz buna görə də bir çox sürücülər əks yola çıxaraq hərəkəti davam etdirirlər.

Belə ki, kameraya düşən 99 RT 971 dövlət nömrə nişanlı, “Renault” markalı, 99 HM 798 dövlət nömrə nişanlı, “Hyundai” markalı və 90 UB 020 dövlət nömrə nişanlı, “BMW” markalı avtomobillərin sürücülər qaydaları pozaraq təhlükə yaradırlar. Sürücülər barəsində 100 manat və 4 bal cərimə nəzərdə tutulub. Ümid edirik ki, DYP bu sürücüləri aşkarlayıb cərimələyəcək. Cərimədən sonra onlar bir daha təhlükə yaratmayacaqlar. Videonu təqdim edirik:

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh