Sərnişin avtobusu 7 maşına çırpıldı: 9 yaralı - FOTO

Avtosfer Foto 7 İyun 2019 14:07 Oxunub 1662
Sərnişin avtobusu 7 maşına çırpıldı: 9 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı araşdırmalara başlayıb

Türkiyənin Çorum vilayətində avtobusun 7 nəqliyyat vasitəsinə çırpılması nəticəsində 9 nəfər xəsarət alıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident iyunun 6-sı Yaydiğin qovşağında qeydə alınıb.

Məlumat görə, Samsundan Ankara istiqamətində hərəkətdə olan 34 DH 2090 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yolun yağışlı və sürüşkən olması səbəbindən idarəetmədən çıxaraq işıqforun qırmızı işığında gözləyən 7 nəqliyyat vasitəsinə çırpılıb. Qəzada 9 nəfər xəsarət alıb.

Ətrafdakı insanların xəbər verməsi ilə hadisə yerinə xeyli sayda polis, səhiyyə və yanğınsöndürmə briqadaları gəlib.

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara aparılıblar.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh