Binəqədidə iki nəfər güllələndi: Yol polisi cinayətkarları dərhal yaxaladı - VİDEO
Yol polisi 7 Iyun 2019 18:47 5262 dəfə oxunub
Binəqədidə iki nəfər güllələndi: Yol polisi cinayətkarları dərhal yaxaladı - VİDEO
Faktla bağlı araşdırma aparılır

Bakı şəhəri, Binəqədi rayonu ərazisində qanlı cinayət hadisəsi törədilib. Hadisə şahidlərinin Avtosfer.az-a verdiyi məlumata görə, "Favorit" marketin yaxınlığında "Mercedes" markalı avtomobildə iki nəfərə güllə atılıb. Onlardan biri hadisə yerində ölüb, digəri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxslər 10 GD 021 dövlət nömrə nişanlı, "BMW X5" markalı avtomobillə qaçmağa çalışıblar. Lakin Binəqədi rayon Dövlət Yol Polisi  Şöbəsinin əməkdaşları  onları yaxalayıb. Sükan arxasında olan şəxs Hüseynov Səxavət Oruc oğlu olub. Digər şəxsin də şəxsiyyəti müəyyənləşdirilir. Hadisə şahidlərinin verdiyi məlumata görə, qanlı cinayət namus üstündə olub.

Faktla bağlı araşdırma aparılır.

 

Orxan

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh