Yol polisi "Əcəmi dairəsi"ndə reyd keçirdi - "Niva"lar saxlanıldı - VİDEO
Avtoreyd 8 Iyun 2019 10:46 2343 dəfə oxunub
Yol polisi "Əcəmi dairəsi"ndə reyd keçirdi - "Niva"lar saxlanıldı - VİDEO
Bu cür tədbirlər Nəsimi Rayon DYPŞ tərəfindən davam etdirələcək

Nəsimi Rayon DYPŞ-nin əməkdaşları rayon ərazisində qayda pozan 20-dən çox sürücü aşkarlayıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Nəsimi rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları Cavadxan küçəsində avtomobilində konstruktiv dəyişiklik edən, sürücülük vəsiqəsi olmadan sükan arxasına əyləşən, avtoxuliqanlıq edən sürücülərə qarşı reyd keçirib. Dəyişikliklər əsasən "Niva" markalı avtomobillərdə aşkar olunub. Bununla belə, bütün yol hərəkəti qaydalarını pozan bütün sürücülər inzbati məsuliyyətə cəlb edilib.

Keçirilən tədbir zamanı polisin qanuni "Saxla" əmrinə tabe olmayan avtomobil sahibinə də rast gəlinib. Nəsimi rayon DYPŞ-nin baş inspektoru Nicat Hadıyevin verdiyi müsahibədə bildirib ki, təkcə bir gün ərzində 18 avtomobil cərimə meydançasına yerləşdirilib. Həmin avtomobil sahiblərinin əksəriyyəti sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə və avtomobillərdə konstruktiv dəyişikliklərə yol verdiyinə polis tərəfindən saxlanılıb.

Bu cür tədbirlər Nəsimi Rayon DYPŞ tərəfindən davam etdirələcək.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh