Babək prospektində yolun bir zolağını zəbt etdilər - FOTO

Xəbərlər 8 İyun 2019 16:11 Oxunub 1738
Babək prospektində yolun bir zolağını zəbt etdilər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ustalar yolun hərəkət hissəsində reklam lövhəsi qoyub

Bakının ən böyük və intensiv hərəkət olan Babək prospektində yolun bir zolağı ərazisində fəaliyyət göstərən obyektlərin sahibləri tərəfindən zəbt edilib. Bu barədə Avtosfer.az-a oxuculardan biri məlumat göndərib. Təqdim olunan fotolardan da görünür ki, geriyə dönmə olan ərazinin duz qarşısında reklam lövhəsi duz yolun ortasında qoyulub. Digər tərəfdən isə bir cərgə avtomobillər park edib. Həmin ərazidə geriyə dönmə olduğu üçün düz hərəkət edən sürücülər üçün zolağın biri məhdudlaşdırılıb. Digər zolağı isə reklam lövhəsi kəsəndə pik saatlarda sıxlıq yaranır. 
Həmçinin nəzərə alsaq ki, həmin zolaq avtobusların hərəkəti üçün nəzərdə tutulur, bu vəziyyəti daha da çətinləşdirib. 
Təbii ki, ərazisində böyük ticarət mərkəzləri, xidmət sahələri var. Həmin şəxslər vergi ödəyicisidir. Odur ki, normal reklam olunmaq haqqıdır. Amma bu cür biabırçı mənzərə də xoşagələn deyil. Ümid edirik ki, aidiyyəti qurumlar bununla bağlı müvafiq tədbirlər görəcək.

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh