Bakıda ağır qəza: Maşından iki qadın çıxardılar - FOTO
Qəzalar 8 Iyun 2019 17:15 3304 dəfə oxunub
Bakıda ağır qəza: Maşından iki qadın çıxardılar - FOTO
Qəza yerinə təcili tibbi yardım əməkdaşları çağırılıb

Bakının Nəsimi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.  Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə Füzuli küçəsində, Qış Parkının yaxınlığında qeydə alınıb.  Qəza zamanı minik avtomobili eyni istiqamətdə hərəkətdə olan yük maşınına çırpılıb. Hadisə zamanı minik avtomobilinə ciddi ziyan dəyib. Qəza nəticəsində minik maşınında olan iki xanım sərnişin xəsarət alıb. Onlar ətrafdakıların köməyilə avtomobildən çıxarılıb. Qəza yerinə təcili tibbi yardım əməkdaşları çağırılıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh