Dəhşətli görüntülər: Minik avtomobili TIR-ın təkərləri altında qaldı – FOTO

Avtosfer Foto 8 İyun 2019 19:06 Oxunub 4231
Dəhşətli görüntülər: Minik avtomobili TIR-ın təkərləri altında qaldı – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza nəticəsində minik avtomobilinin sürücüsü, həyat yoldaşı və 3 aylıq qızları xəsarət alıb

Türkiyənin Trabzon vilayətində yük maşının arxadan vurduğu minik avtomobili digər hərəkətdə olan TIR-ın altında qalıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident günorta saatlarında Söyüdlü məhəlləsi, Qara dəniz sahil yolunda qeydə alınıb. Məlumata görə, Trabzondan Giresuna gedən xarici nömrə nişanlı yük maşını hərəkətdə olan Mustafa Qurdun idarə etdiyi 52 DR 482 qeydiyyat nişanlı minik avtomobilinə arxadan çırpılıb. Çırpılmanın şiddətindən sürüşən avtomobil qarşısında hərəkətdə olan TIR-ın təkərləri altına girib. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, həyat yoldaşı və 3 aylıq qızları xəsarət alıb. Ətrafdakı insanların xəbər verməsi ilə hadisə yerinə polis, yanğınsöndürən və səhiyyə briqadaları gəlib. Yanğınsöndürən briqadaları nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalan 3 nəfəri çıxararaq səhiyyə əməkdaşlarına təhvil veriblər. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh