"Porsche" şirkəti "Panamera" modelindən 42 min avtomobili geri çağırır

Avtoxəbər 9 İyun 2019 18:45 Oxunub 1279
"Porsche" şirkəti "Panamera" modelindən 42 min avtomobili geri çağırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Potensial yanğın riski ilə əlaqədar

Almaniyanın məşhur idman avtomobili istehsalçısı "Porsche" Çin bazarında satdığı 42 min avtomobili potensial yanğın riski ilə əlaqədar geri çağırır. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası belə bir qərar qəbul edib. Qərara əsasən, oktyabrın 7-dən başlayaraq 2010-2016-cı illərdə istehsal olunmuş "Panamera" modelindən avtomobillər geri çağırılacaq. "Porsche"in Çindəki filialı həmin avtomobilləri yoxlayaraq nasaz hissələri öz hesabına dəyişəcək.

Qeyd edək ki, administrasiyanın mütəxəssisləri həmin avtomobillərin hava kondisionerlərinin ventilyatorlarındakı nasazlığın yanğına səbəb olacağını düşünürlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh