25 nəfərin olduğu sərnişin avtobusu külə döndü - VİDEO

Avtosfer TV 10 İyun 2019 08:39 Oxunub 1436
25 nəfərin olduğu sərnişin avtobusu külə döndü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanğının mühərrikdə yaranan nasazlıq səbəbindən baş verdiyi bildirilir

Türkiyənin Muğla vilayətində 25 nəfərin olduğu sərnişin avtobusu yanıb.

Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, Marmarisdən Şırnaka gedən 42 ZD 302 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Çamlı məhəlləsi istiqamətində hərəkətdə olan zaman tüstüləməyə başlayıb. Nəqliyyat vasitəsini kənara çəkən sürücü 25 sərnişini avtobusdan aşağı düşürüb. Sərnişinlər düşürüldükdən sonra avtobus alovlanıb.

Digər sürücülərin xəbər verməsi ilə hadisə yerinə yanğınsöndürən, polis və səhiyyə briqadaları gəlib. Yanğınsöndürən briqadaları yanğını çətinliklə də olsa qarşısını ala biliblər.

Xoşbəxtlikdən hadisədə xəsarət alan olmayıb. Lakin avtobus istifadə olunmaz vəziyyətə düşüb.

Yanğının mühərrikdə yaranan nasazlıq səbəbindən baş verdiyi bildirilir.

Polis qəzanın baş vermə səbəblərinin araşdırır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh