DANX yükün dövriyyəsinə nəzarət edə biləcək

Yeniliklər 10 İyun 2019 13:26 Oxunub 1188
DANX yükün dövriyyəsinə nəzarət edə biləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycanda elektron əmtəə nəqliyyat qaiməsi sistemi istifadəyə veriləcək

Rabitə və Yüksək Texnologiyalar Nazırliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) elektron əmtəə nəqliyyat qaiməsinin tətbiqi ilə bağlı iş aparır.

Avtosfer.az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Həbib Həsənov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu sistem gələn il istifadəyə veriləcək: “Elektron əmtəə nəqliyyat qaiməsi sistemi yük alan, yük götürən və yük daşıyıcını vahid elektron məkanda birləşdirəcək. Yəni, sahibkarlar yükdaşıma prosesinə elektron nəzarət edə biləcək”.

Qeyd edək ki, elektron əmtəə nəqliyyat qaiməsi sistemi işə düşdükdən sonra DANX yükün dövriyyəsinə nəzarət edə biləcək. Sahibkarlar yükdaşıma prosesini nəzarətdə saxlaya biləcək, eyni zamanda tərəflər özlərini vahid elektron məkanda görə biləcəklər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh