“Fiat" və “Renault” birləşə bilər

Avtoxəbər 10 İyun 2019 13:51 Oxunub 1002
“Fiat" və “Renault” birləşə bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda “Renault” şirkətinin “Nissan”da payının azaldılması barədə təklif irəli sürülüb

İtaliyanın “Fiat Chrysler” və Fransanın “Renault” avtokonsernləri arasında birləşmə haqqında danışıqlar bərpa oluna bilər. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, danışıqlar bərpa olunduqdan sonra uğurla başa çatarsa, yeni formalaşacaq şirkət Almaniyanın “Volkswagen” və Yaponiyanın “Toyota” şirkətlərindən sonra üçüncü yerdə qərarlaşacaq. Qeyd olunur ki, mayın sonlarında başlayan danışıqlar “Renault” şirkətinə daxil olan “Nissan”ın birləşmə qərarına qarşı çıxmasından sonra dayandırılmışdı.

Hazırda “Renault” şirkətinin “Nissan”da payının azaldılması barədə təklif irəli sürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh