Avtobus 6 nəqliyyat vasitəsi ilə toqquşdu: 10 ölü, 51 yaralı - VİDEO

Avtosfer TV 10 İyun 2019 18:36 Oxunub 1353
Avtobus 6 nəqliyyat vasitəsi ilə toqquşdu: 10 ölü, 51 yaralı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaya avtobusun idarəetmədən çıxması səbəb olub

Braziliyada turist avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident iyunun 9-u axşam saatlarında San-Paulo ştatının Kampus-Du-Jordau şəhərində qeydə alınıb. Bu barədə “Globo” portalı məlumat yayıb.

Portalın məlumatına görə, avtobus 5 nəqliyyat vasitəsi və motosikletlə toqquşduqdan sonra aşıb. Nəticədə 10 nəfər ölüb, 51 nəfər isə xəsarət alıb.

Bildirilir ki, içərisində 30 sərnişin olduğu “Brasil Santana” şirkətinə məxsus avtobus Kubatan şəhərindən ekskursiyadan qayıdırmış.

Qəzanın baş vermə səbəbləri açıqlanmır.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya avtobusun idarəetmədən çıxması səbəb olub

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh