"Mazda" 1,7 minə yaxın avtomobili geri çağırıb

Avtoxəbər 11 İyun 2019 14:42 Oxunub 1381
"Mazda" 1,7 minə yaxın avtomobili geri çağırıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək

"Mazda Motor" şirkəti Rusiyada 1,7 minə yaxın avtomobili geri çağırıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, qərar şüşə təmizləyicilərin işində qeydə alınan qüsurlarla əlaqədardır. Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2015-ci ilin avqustundan 2018-ci ilin martınadək Rusiyada satılmış "Mazda 3" modellərinə şamil olunur. Bildirilir ki, həmin qüsur hərəkət zamanı ön şüşədən görmə qabiliyyətini azalda bilər. Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh