“Xaliq Faiqoğlu” Avro-6 avtobusunu nümayiş etdirdi - FOTO - VİDEO

Yeniliklər 11 İyun 2019 14:44 Oxunub 2000
“Xaliq Faiqoğlu” Avro-6 avtobusunu nümayiş etdirdi - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“İsuzu Citiport CNG” markalı avtobus nümayiş etdirildi

“Xaliq Faiqoğlu” şirkəti bu gün Bakı Expo Mərkəzində başlayan 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində (11-13 iyun) iştirak edir. Avtosfer.az xəbər verir ki, şirkət tərəfindən sərgidə “İsuzu Citiport CNG” markalı avtobus nümayiş etdirilir ki, nəqliyyat vasitəsi böyük maraqla qarşılanıb. Sərginin rəsmi açılışından sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, eləcə də yüzlərlə digər yerli və xarici şirkət nümayəndələri və ziyarətçilər “Xaliq Faiqoğlu” şirkətinin stendinə baş çəkib. Onlara nümayiş etdirilən avtobus, eləcə də “Xaliq Faiqoğlu” şirkəti barəsində ətraflı məlumatlar verilib. 
Bildirilib ki, “Xaliq Faiqoğlu” şirkətinin Bakıya gətirdiyi ilk CNG növlü avtobus olan bu nəqliyyat vasitəsi AVRO-6 standartlarına cavab verir. Avtobus ekoloji standartları təm şəkildə qarşılayır və sərnişinlərin rahatlığı üçün müasir avadanlıqlarla təchiz edilib.
Qeyd edək ki, sərginin başa çatmasından sonra əvvəlcədən tərtib edilmiş proqrama əsasən avtobusun Bakı şəhərində sınağı həyata keçiriləcək.

 

Orxan 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh