Avtosfer.az | Reklam
Dubay aeroportları plastik qablardan imtina edirlər
Gündəm 11 Iyun 2019 20:34 367 dəfə oxunub
Dubay aeroportları plastik qablardan imtina edirlər
2020-ci il yanvarın 1-dən etibarən

Dubayın "DubaiAirports” şirkəti tərəfindən idarə edilən iki aparıcı beynəlxalq aeroportu 2020-ci il yanvarın 1-dən öz terminallarının ərazisində birdəfəlik plastik qablardan istifadəni tamamilə qadağan edəcəklər. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Dubay beynəlxalq aeroportunun ərazisində fəaliyyət göstərən ictimai iaşə müəssisələri bu təşəbbüsü dəstəkləyərək, ətraf mühitin qorunması naminə plastik qablardan imtinaya razılaşıblar.

Qeyd edək ki, birdəfəlik plastik qablara ərzaq və istehlak məhsulları üçün polietilen paketlər, qida üçün nəzərdə tutulan qablaşdırmalar, butulkalar, fincanlar, çubuqlar, konteynerlər və masa dəstləri aid edilir.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh