Kaliforniyada təyyarə qəzaya uğrayıb
Qəzalar 11 Iyun 2019 20:08 156 dəfə oxunub
Kaliforniyada təyyarə qəzaya uğrayıb
Təyyarədə olan insanların sayı açıqlanmır

ABŞ-ın Ramona şəhərinin (Kaliforniya ştatı) hava limanında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. Avtosfer.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə San-Diyeqo dairəsinin yanğından mühafizə xidmətinin "Twitter" səhifəsində bildirilir. Məlumatda deyilir: "Təyyarənin hava limanının ərazisində dispetçer qülləsinin yaxınlığına düşməsi ilə əlqədar hadisə yerinə xilasetmə xidmətləri cəlb edilib. Təyyarənin göyərtəsində olan bütün insanlar təxliyə edilib. Qəza nəticəsində yanğın baş verməyib".

Təyyarədə olan insanların sayı açıqlanmır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh