Kürdəmirdə piyadanı maşın vurub
Qəzalar 12 Iyun 2019 07:01 121 dəfə oxunub
Kürdəmirdə piyadanı maşın vurub
Faktla bağlı araşdırma aparılır

Kürdəmir rayonunun Şıxımlı kəndində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, 1971-ci il təvəllüdlü yerli sakin Məmmədov Vidadi Ağamməd oğlu yolu keçmək istəyən zaman "Jiquli" markalı avtomobil tərəfindən vurulub. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh