Mərdəkanda yol qəzası nəticəsində iki qadın xəsarət alıb
Qəzalar 12 Iyun 2019 07:19 102 dəfə oxunub
Mərdəkanda yol qəzası nəticəsində iki qadın xəsarət alıb
Hər iki yaralı ambulator müalicəyə buraxılıb

Paytaxtın Xəzər rayon Mərdəkan qəsəbəsində iki maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən məlumatına görə, qəza zamanı 1975-ci il təvəllüdlü Əliquliyeva Rəfiqə Ağaqardaş qızı və 1989-cu il təvəllüdlü Abdullayeva Şəhla Nəsir qızı xəsarət alıblar. Hər iki yaralı 3 saylı Sabunçu Şəhər Xəstəxanasına yerləşdirilib. Ş.Abdullayevaya qapalı kəllə-beyin travması, R.Əliquliyevaya isə başın yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub. Hər iki yaralı ambulator müalicəyə buraxılıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh