Saatlıda yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb
Qəzalar 12 Iyun 2019 07:26 171 dəfə oxunub
Saatlıda yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb
Faktla bağlı araşdırma aparılır

Saatlı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "Report”a istinadən xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Heydər Əliyev prospektində “Mercedes” və “VAZ” markalı avtomobillər toqquşub. Nəticədə “Jiquli”də olan bir ailənin 3 üzvü - rayonun Hacıqasımlı kənd sakinləri - 1975-ci il təvəllüdlü Şirinov Zahir Əmirxan oğlu, onun 2004 və 2005-ci il təvəllüdlü oğulları Şirinov Sübhan və Şirinov Aqşin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh