Xətaidə iki avtomobil toqquşdu: xəsarət alan var - VİDEO
Qəzalar 12 Iyun 2019 07:35 214 dəfə oxunub
Xətaidə iki avtomobil toqquşdu: xəsarət alan var - VİDEO
Yol qəzasının təfərrüatlarını Xətai polisi araşdırır

Bakının Xətai rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, avtoqəza Nobel prospektində qeydə alınıb. Belə ki, Şahbazov Elçin Azər oğlu idarə etdiyi 90-OX-034 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili ilə Nobel pospektində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil Şərifov Elşən Nail oğlunun idarə etdiyi 90-ZA-083 dövlət qeydiyyat nişanlı "Kia" markalı minik maşınına çırpılıb. Zərbənin təsirindən "Kia" yolayırıcı maneəyə çırpılıb. Hadisə nəticəsində "Kia"da olan bir sərnişin xəsarət alıb, avtomobillərə də ciddi ziyan dəyib. Yol qəzasının təfərrüatlarını Xətai polisi araşdırır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh