Sürücü ötmə əməliyyatına görə bıçaqlanıb - Bakıda
Gündəm 12 Iyun 2019 07:47 240 dəfə oxunub
Sürücü ötmə əməliyyatına görə bıçaqlanıb - Bakıda
Faktla bağlı Nəsimi polisi tərəfindən araşdırma aparılır

Bakının Nəsimi rayonunda bıçaqlanma olub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb. Belə ki, 1981-ci il təvəllüdlü Quliyev Ayxan Mahmud oğlu öz avtomobili ilə digər nəqliyyat vasitəsini ötüb keçərkən, onun bu hərəkəti digər sürücünün xoşuna gəlməyib. Bundan sonra həmin avtomobilin sürücüsü A.Quliyevi saxlayaraq mübahisə edib və sonda ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Ağır xəsarətlər alan A.Quliyev xəstəxanaya yerləşdirilib. Faktla bağlı Nəsimi polisi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh