Üç nəqliyyat vasitəsi toqquşdu: 2 ölü, 17 yaralı - FOTO
Qəzalar 12 Iyun 2019 08:16 229 dəfə oxunub
Üç nəqliyyat vasitəsi toqquşdu: 2 ölü, 17 yaralı - FOTO
Polis insidentlə bağlı araşdırmalara başlayıb

Türkiyənin Qırıqqala vilayətində 3 nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib.

Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, qəza iyunun 12-si gecə saatlarında Qırıqqala-Ankara magistral yolunun 3-cü kilometrliyində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan TIR, yük maşını və mikroavtobus toqquşub. Mikroavtobusda olan 2 nəfər ölüb, 17 nəfər isə xəsarət alıb.

Hadisə yerinə xeyli sayda səhiyyə, xilasetmə və polis briqadaları cəlb edilib.

Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıb.

D-200 Ankara trası 1 saatlıq nəqliyyatın hərəkətinə bağlı qalıb.

Polis insidentlə bağlı araşdırmalara başlayıb.

 

Namiq

  

ŞƏRH YAZ
Ad
E-mail
Şərh