Avtosfer.az | Reklam
Xaçmazda avtomobil oğurlayan maşın ustasının istintaqı yekunlaşıb
Gündəm 12 Iyun 2019 10:19 214 dəfə oxunub
Xaçmazda avtomobil oğurlayan maşın ustasının istintaqı yekunlaşıb
Hakim Anar Sadıqovun icraatına verilən cinayət işi üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək

Xaçmazda avtomobil oğurlamaqda təqsirləndirilən Ələnur Zülfüqarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, Xaçmaz Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırılan cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Xaçmaz Rayon Məhkəməsinin hakimi Anar Sadıqovun icraatına verilən cinayət işi üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Hadisə 2017-ci ilin yanvar ayında Xaçmaz rayonunda baş verib. Ağyazı Buduq kənd sakini Rahib Qurbanov rayon polis şöbəsinə "VAZ 21011" markalı avtomobilinin oğurlanması haqqında ərizə ilə müraciət edib. O, maşınını təmir üçün Armudpadar kəndindəki sexlərdən birinə verib. Yanvarın 11-dən 12-nə keçən gecə sexin qapısı sındırılaraq avtomobil oğurlanıb. Aparılan əməliyyat tədbirləri nəticəsində hadisənin Qusarçay kənd sakini, 33 yaşlı Ələnur Zülfüqarov tərəfindən törədildiyi müəyyənləşib. O, avtomobili sexdən gecə saatlarında oğurlayıb.

Saxlanılan Ələnur Zülfüqarov özü avtomobil ustası kimi çalışırmış. Onun Qusarçaydakı yaşadığı evin qarajına baxış keçirilərkən oğurlanan "VAZ 21011" markalı avtomobil aşkar edilib.

Saxlanılan şəxs oğurladığı nəqliyyat vasitəsinin bəzi hissələrini özünə məxsus eyni markalı avtomobilə yerləşdirib.

Ələnur Zülfüqarova Cinayət Məcəlləsinin 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq) maddəsi ilə ittiham verilib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh