"Formula 1" pilotu ailəsini mənzilinin qarət olunmasından xilas edib

Yarışma 12 İyun 2019 10:44 Oxunub 1299
"Formula 1" pilotu ailəsini mənzilinin qarət olunmasından xilas edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Xoşagəlməz hisslərdir, amma biz təhlükəsiz şəraitdəyik"

"Formula 1"də çıxış edən "Haas" pilotu Romen Qrojan ailəsini mənzilinin qarət olunmasından xilas edib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, fransalı sürücü gecə vaxtı evinə pəncərədən girən iki nəfəri niyyətlərini həyata keçirməyə qoymayıb. Onu dəhlizə çıxdığı vaxt görən oğrular qaçmağa məcbur olublar. "Xoşagəlməz hisslərdir, amma biz təhlükəsiz şəraitdəyik" deyə Qrojan şəxsi "Instagram"ında yazıb.

Onun həyat yoldaşı Marion Qrojan isə həyat yoldaşını qəhrəman adlandırıb. Onun sözlərinə görə, Romen Qrojan kimi idmançılar dünyanın xilas etməkdən əlavə, gözəlləşdirirlər: "İnsanlar öz qəhrəmanlarını tanımalıdırlar. Onlardan biri ilə mən yaşayıram. Çox sağ ol, sevgilim".

Qeyd edək ki, Romen və Marionun 3 övladı var. Onlardan böyüyünün iyulda 6 yaşı tamamlanacaq. Ən kiçiyinin isə hələ 2 yaşı tamamlanmayıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh