Novxanıda xanım sürücü dəhşətli qəza törətdi: Yüksək sürət, yerdə can verən qadın - VİDEO

Avtosfer TV 12 İyun 2019 11:21 Oxunub 5348
Novxanıda xanım sürücü dəhşətli qəza törətdi: Yüksək sürət, yerdə can verən qadın - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərazidə yollar tıxac olduğundan hadisə yerinə təcili tibbi yarım briqadası gecikib

Dünən axşam saatlarında Novxanı ərazisində yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, “Niva” markalı avtomobillə yüksək sürətlə hərəkət edən “Opel” markalı avtomobil toqquşub. Nəticədə “Opel”i idarə edən qadın sürücü və sərnişin ağır xəsarət alıblar. Sürücü müxtəlif bədən xəsarətləri almaqla yanaşı qıc olub. “Niva”nı idarə edən şəxsin məlumatına görə, xanım sürücü o yol hərəkət qaydasını pozaraq, qarşı tərəfə çıxıb və bu zaman qəza baş verib. Həmin ərazidə yollar tıxac olduğundan hadisə yerinə təcili tibbi yarım briqadası gecikib.

Xəsarət alanlara ilkin tibbi yardımı mülki əhali göstərib. Hadisə yerindən çəkilən videonu təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh