Sərxoş sürücü sükan arxasında yatdı: görün nələr oldu – REAL VİDEO

Avtosfer Foto 12 İyun 2019 13:13 Oxunub 5315
Sərxoş sürücü sükan arxasında yatdı: görün nələr oldu – REAL VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uzaq yoldan gələ sürücü yorğunluqdan sükan arxasında yatıb

Bakıda baş verən qəza anı təhlükəsiz şəhər kameralarına düşüb. Avtosfer.az xəbər verir ki, Neftçilər prospektində (“Kukla teatrı”nın yanı) hərəkətdə olan “Mercedes” markalı avtomobil qəfildən idarəetməni itirir və yolun kənarında park etmiş digər maşına çırpılır. Qəzanın araşdırılması zamanı sürücünün sükan arxasında yuxuladığı məlum olub.

Hadisə gecə saatlarında baş verib. Görünür ki, uzaq yoldan gələ sürücü yorğunluqdan sükan arxasında yatıb. Onun sərxoş olduğu da üzə çıxıb. Videoda sonuncu kadrlara diqqətlə baxın. Sürücü birinci maneədən yayınsa da, ikinci cəhdi uğursuz alınır və qəza baş verir.

Odur ki, daim sürücülərə tövsiyə olunur ki, spirtli içkinin təsiri altında və ya yorğun vəziyyətdə avtomobil idarə etməsinlər. Sükan arxasında yuxu hiss etdikdə mütləq avtomobili kənara çəkib dincəlsinlər. Bu dəfə sürücünün həyatı xilas oldu. Amma daha ağır nəticələr də baş verə bilər.

 

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh