“BMW” dəmir baryerə çırpıldı: 1 ölü, 3 yaralı - VİDEO
Avtosfer TV 12 Iyun 2019 14:45 381 dəfə oxunub
“BMW” dəmir baryerə çırpıldı: 1 ölü, 3 yaralı - VİDEO
Qəza ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır

Rusiyanın Soçi şəhərində 1 nəfərin ölümü, 3 nəfərin isə xəsarət alması ilə nəticələnən qəzasının kadrları təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Avtosfer.az “RenTV”yə istinadən xəbər verir ki, dəhşətli hadisə iyunun 4-ü gecə saatlarında Lenin küçəsində baş verib.

Görüntülərdə, minik avtomobili yol ayrıcında yerləşən dəmir baryerə çırpıldığı görülür.

Əsas zərbə sürücü tərəfindən dəydiyindən o, hadisə yerində həyatını itirib.

Şəhər DYPİ-dən bildirilib ki, 39 yaşlı sürücü “BMW” markalı minik avtomobilinin sükan idarəetməsini itirib və nəticədə dəmir arakəsməyə çırpılıb. Avtomobildə olan digər 3 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə şahidinin sözlərinə görə, “BMW” yüksək sürətlə hərəkət edib.

Qəza ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh