Yolu keçən piyadanı maşın vurub öldürdü
Qəzalar 12 Iyun 2019 14:50 294 dəfə oxunub
Yolu keçən piyadanı maşın vurub öldürdü
Binəqədi RPİ tərəfindən araşdırma aparılır

Binəqədi rayonunun Azadlıq prospektində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, iyunun 11-də saat 19 radələrində Binəqədi rayonunun Azadlıq prospektində Bakı şəhər sakini R.Kazımov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakini Vaqif Həsənovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh