Suraxanıda qadın narkotacir saxlanılıb - FOTO
Gündəm 12 Iyun 2019 15:30 537 dəfə oxunub
Suraxanıda qadın narkotacir saxlanılıb - FOTO
Faktla bağlı cinayət işi başlanılıb, isintaq tədbirləri davam etdirilir

Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, əməliyyat zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Teymur Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Yeni Suraxanı qəsəbə sakini Əminə Babayeva da polislər tərəfindən tutulub. Onun evindən 500 qramdan artıq heroin, habelə tiryək, marixuana, metadon və metamfetamin aşkar edilərək götürülüb. Ə.Babayeva narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb, isintaq tədbirləri davam etdirilir.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh