Şəkidə ağır yol qəzası: 1 ölü, 3 yaralı
Qəzalar 12 Iyun 2019 18:41 173 dəfə oxunub
Şəkidə ağır yol qəzası: 1 ölü, 3 yaralı
Faktla bağlı araşdırma aparılır

Şəkidə ağır yol qəzası olub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında Şəki-Oğuz  avtomobil yolunun Şəki rayon ərazisindən keçən hissəsində baş verib. Oğuz rayon sakininin idarə etdiyi “VAZ-21074” markalı, 48 BE 233 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan sərnişin, Oğuz rayon sakini Eliş Ənvər qızı Nağıyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb. Daha üç nəfər - Oğuz rayon sakinləri - 1953-cü il təvəllüdlü Aydın Qasım oğlu Xurşudov, 1959-cu il təvəllüdlü Əlövsət Əvəz oğlu Xurşudov və 1967-ci il təvəllüdlü Təranə Əfqan qızı Novruzova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Tibb müəssisəsindən bildirilib ki, hazırda yaralıların müayinəsi aparılır. Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh