Dairəvi avtomobil yolunda ağır yol qəzası: 14 ölü, 8 yaralı
Qəzalar 12 Iyun 2019 19:20 1962 dəfə oxunub
Dairəvi avtomobil yolunda ağır yol qəzası: 14 ölü, 8 yaralı
Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır

Misirdə iki sərnişin avtobusunun və yük maşınının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident Qahirə-Helvan dairəvi avtomobil yolunda qeydə alınıb. Bu barədə "Youm7" portalı məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində 14 nəfər ölüb, 8 nəfər isə xəsarət alıb. Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır.

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, Misirdə hər ilə yol infrastrukturunun bərbad olması ilə əlaqədar baş verən qəzalarda 12 min insan həyatını itirir.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh