Sərnişin qatarı minik avtomobilinə çırpıldı: 1 ölü, 2 yaralı - FOTO

Avtosfer Foto 12 İyun 2019 20:15 Oxunub 1627
Sərnişin qatarı minik avtomobilinə çırpıldı: 1 ölü, 2 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qatarın altında qalan maşın 300 metrə sürüklənib

Türkiyənin Elazığı vilayətində sərnişin qatarı minik avtomobili ilə toqquşub. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident iyunun 12-si günorta saatlarında Mədən rayonunda qeydə alınıb.

Məlumata görə, “DE 22040” saylı sərnişin qatarı Yoncapınar kəndi yaxınlığında nəqliyyatın keçidi üçün müəyyən olmayan yerdən keçən Hakan Küçükün idarə etdiyi 34 FF 0142 dövlət qeydiyyat nişanlı minik avtomobilinə çırpılıb. Qatarın altında qalan avtomobil təxminən 300 metrə sürüklənib. Nəticədə avtomobilin sürücüsü Hakan Küçük ölüb, sərnişinləri Hakan Yazar və Fethi Əhməd Süslü xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Qəzadan sonra deformasiyaya uğrayan nəqliyyat vasitəsi dəmir yolundan kənarlaşdırıldıqdan sonra sərnişin qatarı yoluna davam edib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh